Almaniya hökuməti qaz istehlakına görə ƏDV-ni 7%-ə endirib

2022.08.22 13:35 (UTC+04:00)

Almaniya hökuməti qaz istehlakına görə əlavə dəyər vergisinin (ƏDV) dərəcəsini müvəqqəti olaraq 19%-dən 7%-ə endirmək qərarına gəlib. Almaniya kansleri Olaf Şolts bu barədə rəsmi açıqlama verib. Onun sözlərinə görə, azaldılmış ƏDV dərəcəsi 2024-cü il martın 31-dək – qazın istehlakına tətbiq olunan yeni vergi tutulduğu müddətdə qüvvədə qalacaq.

Eksertlər Almaniyanın qaz ehtiyatlarının qarşıdan gələn qışda maksimum 2-2,5 ay davam edəcəyini bildirirlər. Ölkədə qazın qiymətləri artmaqda davam edir. Hökumət oktyabrın 1-dən bütün istehlakçılara qaz üçün yeni vergi tətbiq etmək qərarına gəlib. Qaza görə əlavə verginin yekun məbləği rəsmi olaraq hələ müəyyən edilməyib. Avropanın qaz operatorlarını birləşdirən “Trading Hub Europe” Almaniyada fərdi təsərrüfatların və şirkətlərin payızın ortalarından ödəməli olduğu qaz haqqının kilovat/saat üçün 2,4 avro sent olacağını açıqlayıb.