Əməkhaqqı fondu daha 16 faiz artıb

2022.08.22 11:40 (UTC+04:00)

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əməkhaqqı fondu daha 16 faiz artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu artımın əsasında qeyri-leqal məşğulluğun qarşısının alınması üçün görülən kompleks tədbirlər, ardıcıl əməkhaqqı islahatları, əmək müqavilələrinin sayının daima artması dayanır.

Ümumilikdə aparılan islahatlar nəticəsində son 4 ildə illik əməkhaqqı fondu 2,2 dəfə və ya 8 milyard manat artıb.