Təbii qaz ixracı artıb

2022.08.19 13:45 (UTC+04:00)

Yanvar-iyul aylarında ölkədən 12 milyard 704,1 milyon kubmetr təbii qaz ixrac edilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 8 milyard 219,9 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2021-ci ilin eyni aylarında Azərbaycandan 12 milyard 61,1 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 2 milyard 14,9 milyon dollar olub.