Yeddi ayda Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin həcmi 13 milyon dolları ötüb

2022.08.19 12:12 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin həcmi 13 milyon dolları ötüb.

Yeddi ayda Azərbaycandan Moldovaya 10,9 milyon dollar həcmində məhsul ixrac olunub. Moldovadan ölkəmizə isə 2,2 milyon dollar dəyərində məhsul idxal edilib.