Qeyri-neft-qaz məhsullarının ixracı artıb

2022.08.18 13:37 (UTC+04:00)

Cari ilin yanvar-iyun aylarında qeyri-neft-qaz məhsullarının ixracı bu ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 25,4 faiz, real ifadədə 12,4 faiz artaraq 1457,6 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (29,4 faiz), Rusiyaya (26,2 faiz), Gürcüstana (6,1 faiz), İsveçrəyə (5,8 faiz), ABŞ-a (3,9 faiz), İtaliyaya (2,6 faiz), Niderlanda (2,1 faiz), Hindistana (2 faiz), Qazaxıstana (1,6 faiz), Özbəkistana (1,4 faiz), Rumıniyaya (1,4 faiz), Braziliyaya (1,3 faiz), Belarusa (1,2 faiz), İsveçə (1,1 faiz) və Ukraynaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.