Yeddi ayda Bakı-Tbilisi-Ərzurum kəməri ilə 12 milyard kubmetr təbii qaz ötürülüb

2022.08.17 12:11 (UTC+04:00)

Yanvar-iyul aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 22 milyard 932,8 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 15,8 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yarım ildə qaz nəqlinin 52,4 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 12 milyard 20,2 milyon kubmetr təbii qaz ixrac edilib.