Çin korporativ innovasiyaları təşviq etmək üçün fəaliyyət planını açıqlayıb

2022.08.18 15:09 (UTC+04:00)

Çinin Elm və Texnologiya Nazirliyi ilə Maliyyə Nazirliyinin birgə dərc etdiyi 2022-2023-cü illər üçün fəaliyyət planında 10 istiqamət üzrə dəstəkləyici tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bunlardan biri bizneslərin ölkədə elmi-texniki innovasiyalar üzrə qərar qəbuletmə proseslərində müntəzəm iştirakı mexanizminin yaradılmasıdır. Plan həmçinin irimiqyaslı tədqiqatların aparılmasında biznes qurumlarına kömək üçün vergi güzəştlərinin tətbiqini, eləcə də korporativ innovasiyalar və elmi-texniki resurslara və tətbiq ssenarilərinə daha geniş institusional imkanlar yaratmaq üçün vençur kapitalının yaradılması kimi maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Beynəlxalq əməkdaşlığı asanlaşdırmaq məqsədilə xaricdə elmi-texnoloji innovasiya mərkəzləri yaratmağa dəstəyin də vurğulandığı fəaliyyət planına əsasən, xarici elmi-tədqiqat və inkişaf təşkilatlarının dövlət elm-texnoloji layihələrində iştirakı təşviq edilir.