Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz artaraq, milli valyuta ekvivalentində 18 milyard 818,2 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi kredit portfelinin 15 milyard 74,4 milyon manatı və ya 80,1 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 27,7 faiz azalaraq 661,2 milyon manat olub və ümumi kredit portfelinin 3,5 faizini təşkil edib.