Mərkəzi Bankın 3,5 milyard manatlıq notları dövlət qeydiyyatına alınıb

2022.08.16 16:45 (UTC+04:00)

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş məlumatlara görə, 2022-ci ilin yanvar-iyun aylarında ölkədə Mərkəzi Bankın 3 milyard 570 milyon manat dəyərində notları, 322,8 milyon manat məbləğində korporativ istiqrazları, 228,6 milyon manatlıq səhmlər dövlət qeydiyyatına alınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bankın 3 milyard 494,7 milyon manatlıq notları, 656,1 milyon manatlıq dövlət istiqrazları, 347,6 milyon manatlıq korporativ istiqrazları və 162,5 milyon manatlıq səhmlər yerləşdirilib.

Cari ilin ilk altı ayında nominal dəyəri 283,5 milyon manat olan dövlət istiqrazları, 186 milyon manatlıq korporativ istiqrazları, 101,3 milyon manatlıq səhmlər və Mərkəzi Bankın 14,2 milyon manatlıq notları tədavüldə olub.