Özbəkistan Çindən Əfqanıstana yeni nəqliyyat dəhlizinin açılmasını təklif edib

2022.08.17 13:50 (UTC+04:00)

Özbəkistan yeni “Çin-Qırğızıstan-Özbəkistan-Əfqanıstan” nəqliyyat dəhlizinin işə salınmasını təklif edib. Bu təşəbbüs “Özbəkistan dəmiryolları” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Hüsnutdin Hasilovla Qırğızıstan və Əfqanıstan dəmir yollarının rəhbərləri arasında onlayn görüş zamanı müzakirə olunub. Görüşdə Qırğızıstan və Əfqanıstan dəmiryollarının, Çinin “Vaqkhan dəhlizi” logistika şirkətinin rəhbərləri, eləcə də hökumət nümayəndələri iştirak ediblər. Özbəkistan tərəfinin fikrincə, yeni dəhlizin təşkilində əsas məqam yüklərin daşınması üçün qarşılıqlı faydalı şəraitin yaradılması, ən mühümü isə rəqabətqabiliyyətli tariflərin tətbiqidir. Bu dəhlizlə yüklərin Çinin Kaşqar stansiyasından Qırğızıstanın Oş stansiyasına avtomobil yolu ilə, Oş stansiyasından Əfqanıstanın Hayratan stansiyasına isə dəmir yolu ilə daşınması nəzərdə tutulur.