İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb

2022.08.15 14:51 (UTC+04:00)

İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu ilin iyun ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 102,5 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 123,9 faiz, cari ilin yanvar-iyun aylarında ötən ilin yanvar-iyun aylarına nisbətən isə 121,5 faiz təşkil edib.

İyulda ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 696,53 manat olub.

İyunda ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 105,7 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 185,6 faiz, bu ilin yanvar-iyun aylarında 2021-ci ilin eyni dövrünə nisbətən isə 178,9 faiz təşkil edib.