Bu ilin yeddi ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,2 faiz artaraq 4 milyard 910,5 milyon manat olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 704,2 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 faizidir.
Cari ilin yanvar-iyul aylarında hər bir ölkə sakini orta hesabla 488,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 72,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.