İctimai iaşə dövriyyəsi artıb

2022.08.15 14:20 (UTC+04:00)

Cari ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,5 dəfə artaraq 792,6 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,8 faizi hüquqi şəxslərin, 50,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə keçən ilin yanvar-iyul ayları ilə müqayisədə 47,5 faiz artaraq 391,9 milyon manat təşkil edib.