“Şahdəniz”dən ilk hasilat başlandığı vaxtdan ümumilikdə təqribən 170 milyard kubmetr qaz və 38 milyon ton kondensat əldə edilib.
BP-dən bildirilib ki, “Şahdəniz 2” layihəsi çərçivəsində tikinti işləri qərb-cənub cinahından hasilatın başlanması qrafikinə uyğun irəliləyib, əsas sualtı quraşdırma işləri başa çatıb, sualtı xətlərin birləşdirilməsi üçün dalğıc işləri tamamlanıb, qərb-cənub cinahı layihəsi üçün “Şahdəniz Bravo” platformasının üzərində aparılan tikinti işləri başa çatmaq üzrədir, ilkin istismar sınaqları və yoxlama işləri davam edir.