Bu ilin iyul ayında ötən ayla müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 99 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 96,7 faiz, heyvandarlıq məhsulları üzrə 101 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, cari ilin iyun ayı ilə müqayisədə meşə təsərrüfatı, balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri indeksi 100 faiz olub.