Metallurgiya sənayesində istehsal olunan məhsulun dəyəri 922,4 milyon manatdır

2022.08.12 16:53 (UTC+04:00)

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2022-ci ilin yanvar-iyul aylarında 922,4 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hazır metal məmulatlarının istehsalı sahəsində 32,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 17,2 faiz artım müşahidə edilib.

Bu ilin yanvar-iyul aylarında polad boruların istehsalı 2,2 dəfə, armaturun istehsalı 78,5 faiz, polad tökmə istehsalı 49,7 faiz artıb.

Hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 2 milyon 62,3 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.