Ucar və Kürdəmir şəhərlərində 9 saylı ƏVİ-nin əməkdaşları rayon ərazisində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçiriblər. Görüş zamanı bəyannamələrin təqdim edilməsi və vergilərin vaxtında hesablanması ilə bağlı vergi ödəyicilərinin vəzifələri, bu vəzifələrin yerinə yetirilməyəcəyi təqdirdə tətbiq olunan məsuliyyət tədbirləri, təqdim edilmiş bəyannamələrdə yaranan uyğunsuzluqların aradan qaldırılması yolları, iaşə, ticarət və istehsal fəaliyyətlərində vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması qaydaları barədə ətraflı məlumat verilib. Kürdəmir şəhərində 9 saylı ƏVİ tərəfindən yeni qeydiyyatdan keçmiş və fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüşdə də vergi ödəyicilərinin uçotu, hüquq və vəzifələri, bəyannamələrin təqdim edilməsi və vergilərin ödənilməsi müddətləri barədə söhbət açılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.