Yeddi ayda tikinti materiallarının istehsalı 24,9 faiz artıb

2022.08.12 15:30 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında tikinti materiallarının istehsalının ümumi dəyəri 620,2 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, dövr ərzində tikinti gipsinin istehsalı 36,6 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 34,5 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 23,1 faiz, tikinti əhənginin istehsalı 12,7 faiz, asfaltın istehsalı isə 0,2 faiz artıb.