Sahibkarlığın İnkişafı Fondundan istehsal yönümlü daha bir layihəyə dəstək

2022.08.12 14:32 (UTC+04:00)

"Qeyri-neft sənaye sahələrinin inkişafı üzrə istehsal və emal yönümlü layihələrin dəstəklənməsi Sahibkarlığın İnkişafı Fondunun prioritetlərindəndir".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib. Nazir qeyd edib ki, 2021-ci ildə “İKAR-QRUP” MMC süfrə sularının istehsalı məqsədilə Fonddan 200 min manat güzəştli kredit əldə edib.