Bu ilin yanvar-iyul aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 32,4 milyard manat olmaqla ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,3 faiz artıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 4,5 faiz artaraq 31,3 milyard manata bərabər olub, onun 46,5 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 460,9 manat və ya keçən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 67,7 manat çox vəsait xərcləyib.