Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib

2022.08.11 11:11 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib ki, sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10 min 100-dən çox daimi iş yeri yaradılıb.

Sənaye zonaları ölkənin qeyri-neft sektorunun inkişafında mühüm rol oynayırlar. Belə ki, 2022-ci ilin I yarısında 1,3 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,9 faiz, qeyri-neft sənaye məhsullarının ixracında 33,1 faiz (543,9 milyon manat) olub.

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib.