Azərbaycan İnvestisiya Şirkəti quru meyvələrin istehsalı zavoduna 4 milyon manat investisiya yatıracaq

2022.08.10 14:49 (UTC+04:00)

"Qeyri-neft sektorunun inkişafına xidmət edən daha bir uğurlu layihə! Azərbaycan İnvestisiya Şirkəti (Azerbaijan Investment Company OJSC - AIC) ilə “Balxurma" MMC arasında quru meyvələrin istehsalı zavoduna 4 milyon manat investisiya qoyulması barədə müqavilə imzalanıb".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"İnvestisiya nəticəsində zavodun illik istehsal gücünün 200 tondan 600 tona yüksəlməsi və 100-dək yeni iş yerinin açılması gözlənilir" - nazir əlavə edib.