Əsas kapitala yönəldilmiş vəsaitlərin 70,9 faizi tikinti-quraşdırma işlərinə sərf edilib

2022.08.09 16:52 (UTC+04:00)

Cari ilin yanvar-iyul aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 427,8 milyon manatını və ya 74,3 faizini daxili vəsaitlər təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 174,9 milyon manatı və ya 70,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,4 faiz, büdcə vəsaitləri 29,6 faiz, əhalinin şəxsi vəsaitləri 7,8 faiz, digər vəsaitlər 5 faiz, bank kreditləri isə 3,2 faiz təşkil edib.