Almaniyada qaz istehlakçıları üçün əlavə yığım tətbiq ediləcək. “Die Zeit” qəzetinin Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinə istinadən yaydığı məlumata əsasən, yeni yığım oktyabrın 1-dən tətbiq olunacaq və 2024-cü ilin mart ayına qədər qüvvədə olacaq.
Yığımın məbləği hələ dəqiqləşdirilməyib, səlahiyyətli orqanlar avqustun sonundan gec olmayaraq bu barədə məlumat verməlidirlər. Mütəxəsislərin rəyinə görə, məbləğ qaz idxalçılarının hansı kompensasiya tələblərini irəli sürəcəyindən asılı olacaq.
Yeni yığımın tətbiqi qaz tədarükçülərinə artan yanacaq xərclərini istehlakçıların hesabına ödəməyə imkan verəcək.
Qeyd edək ki, Almaniyada ev təsərrüfatlarının təxminən yarısı evləri isitmək üçün qazdan istifadə edir.