İyulda orta hesabla 1 ailəyə ödənilən ÜDSY-nin məbləği 260,2 manatdan 360,0 manata çatıb

2022.08.09 11:50 (UTC+04:00)

Cari ilin iyul ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın (ÜDSY) məbləği artaraq, 260,2 manatdan 360,0 manata çatıb.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,3 artım deməkdir.