Yeddi ayda qeyri-neft sektoru üzrə ixrac 24,2 faiz artıb

2022.08.09 11:23 (UTC+04:00)

Cari ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracı 22,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,7 milyard ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayında bildirilir ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin ilk yeddi ayı ilə müqayisədə 24,2 faiz artıb.