KOBİA-da görüş keçirilib

2022.08.08 16:38 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Türk Dünyası və Beynəlxalq İş Dünyası İnvestisiya Birliyi Konfederasiyasının (TÜRKBİRKON) sədri Hakan Aktürkün rəhbərlik etdiyi heyət ilə görüşüb.

Görüşdə türk iş adamlarının Azərbaycanda biznes qurmasına KOBİA-nın dəstək imkanlarına və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.