Sahibkarlığın İnkişafı Fondu İsmayıllıda 31,3 milyon manat güzəştli kredit verib

2022.08.08 14:47 (UTC+04:00)

Regionların sosial-iqtisadi inkişafına töhfə verən investisiya layihələrinin dəstəklənməsi davam etdirilir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Bugünədək Sahibkarlığın İnkişafı Fondu İsmayıllı rayonunda fəaliyyət göstərən 546 sahibkarlıq subyektinə 31,3 milyon manat güzəştli kredit verib. Ötən il “Agro Life” MMC-yə məxsus olan və dəyəri 1,7 milyon manat olan investisiya layihəsinin 1 milyon manatı Fondun güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilib”, - deyə nazir diqqətə çatdırıb.