ABŞ senatında iqlim, sağlamlıq və vergi ilə bağlı yeni qanun layihəsi qəbul edilib

2022.08.08 13:44 (UTC+04:00)

Bir müddətdir ictimaiyyətin müzakirəsinə verilə və "İnflyasiyanın azaldılması aktı" adlandırılan qanun layihəsi Senatda 50 səsə qarşı 51 səslə təsdiqlənib.

50 respublikaçı və 50 demokratın daxil olduğu Senatda qanun layihəsinin taleyini vitse-prezident Kamala Harrisin səsi həll edib. Respublikaçı senatorların hamısı qanun layihəsinin əleyhinə səs verib.

Noyabrın 8-də keçiriləcək ara seçkilər öncəsi ABŞ prezidenti Co Bayden administrasiyasının siyasi və iqtisadi uğuru kimi qiymətləndirilən qanun layihəsinə növbəti mərhələdə Nümayəndələr Palatasında baxılacaq.

Layihə tərəfdarlarının qənaətinə görə, “İnflyasiyanın azaldılması aktı” ABŞ tarixində ən böyük iqlim sərmayəsini ehtiva edir, səhiyyə sahəsində əsas dəyişikliklər ilk dəfə olaraq reseptlə satılan müəyyən dərmanların qiymətinə yenidən baxmağa və vaxtı keçmiş səhiyyə subsidiyalarının müddətini uzatmağa icazə verir.

Qanun layihəsinin yeni vergi tənzimləmələrinin yaxın 10 ildə 700 milyard dollar əlavə gəlir yaradacağı və bunun 430 milyard dollarının ilk növbədə karbon emissiyalarının azaldılması və səhiyyə xidmətlərində istifadə olunacağı bildirilir.