2022-ci ilin I yarısında 1,3 milyard manat məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,9 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 33,1 faiz (543,9 milyon manat) olub.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib: "Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib".