Ötən il Azərbaycanda bərpaolunan enerji mənbələrinin ümumi gücü 1305 meqavat olub

2022.08.05 16:21 (UTC+04:00)

Ötən il Azərbaycanda bərpaolunan enerji mənbələrinin ümumi gücü 1305 meqavat təşkil edib.

Energetika Nazirliyindən bildirilib ki, keçən il Azərbaycanda günəş enerjisi istehsalı üzrə göstərici 55,2 milyon kilovat-saat olub.

Hazırda “Masdar” şirkəti ilə 230 meqavat və BP şirkəti ilə işğaldan azad olunan ərazilərdə həyata keçiriləcək 240 meqavat gücündə günəş elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.