Ölkəmizin sənaye zonalarında sahibkarlar üçün bir çox vergi və gömrük güzəştləri tətbiq edilir.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib: "Belə ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında bu güzəştlərdən yararlanmış rezidentlər indiyədək 428,6 milyon manatdan çox vəsaitə qənaət ediblər".