Peşəkar boks üzrə keçmiş dünya çempionu, 40 yaşlı Feliks Şturm vergidən yayındığına görə məhkəmənin qərarı ilə aprelin 5-də Köln şəhərində məşq zamanı idman zalındaca həbs olunmuşdu. Az sonra yerli məhkəmə Köln həbsxanasında saxlanılan idmançının 1 milyon avro qarşılığında zaminə buraxılması barədə qərar çıxarmışdı. Lakin bu qərarı Köln əyalətinin Ali Məhkəməsi ləğv edib. Məhkəmə öz qərarını əsl adı Adnan Çatiç olan Bosniya əsilli idmançının qaçmaq ehtimalının böyük olması ilə əsaslandırıb. Şturm hazırda 8,5 kvadratmetrlik kamerada saxlanılır və gündə bir dəfə açıq havaya çıxarılır.