Gürcüstan iqtisadiyyatı iyunda 7,2 faiz artıb

2022.08.05 13:55 (UTC+04:00)

Gürcüstan Milli Statistika Xidmətinin dərc etdiyi ilkin məlumatlara əsasən, 2022-ci ilin iyun ayında ölkənin real ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2% artıb. ÜDM artımına aşağıdakı sənaye sahələri mühüm töhfə verib: nəqliyyat və anbar təsərrüfatı; elektrik enerjisi, qaz, buxar və kondisioner təchizatı; informasiya və rabitə; otellər və restoranlar, mədən sənayesi. Eyni dövrdə emal sənayesi, tikinti və daşınmaz əmlakla bağlı əməliyyatlarda azalma müşahidə olunub.

2022-ci ilin birinci yarısı üçün orta iqtisadi artım tempi isə 10,5% təşkil edir.