Azəri-Çıraq-Günəşli yatağı üzrə əməliyyat xərcləri 37 milyon dollar azalıb

2022.08.04 15:12 (UTC+04:00)

Cari ilin birinci yarısında Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 229 milyon dollar əməliyyat məsrəfləri və 791 milyon dollar əsaslı məsrəflər xərclənib.

BP-dən bildirilib ki, altı ayda Azəri Mərkəzi Şərqi (ACE) layihəsi BP-nin icraçısı olduğu digər fəaliyyətlərlə yanaşı plana uyğun şəkildə irəliləyib.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə AÇG üzrə fəaliyyətlərə bu ildən 37 milyon dollar çox əməliyyat məsrəfləri (266 milyon dollar) və 55 milyon dollardan artıq əsaslı məsrəflər (846 milyon dollar) xərclənib.