KOB-lar üçün korrupsiyanın özəl sektora təsiri mövzusunda məruzə olacaq

2022.08.04 14:43 (UTC+04:00)

Avqustun 5-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Antikorrupsiya idarəetmə sistemi İSO 37001 beynəlxalq standartının özəl sektorda tətbiqi” mövzusunda təlim keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, Bakı KOBİM-in təlimçi-eksperti Asif İbrahimov antikorrupsiya anlayışı, korrupsiyanın özəl sektora təsiri, dövlət qurumları ilə əməkdaşlıq, normativ-hüquqi istinadlar, standartda istifadə olunan terminlər, liderlik və planlaşdırma, dəstək fəaliyyətləri, ölçmə təhlili, sistemin qurulması və tətbiqində diqqət olunmalı məqamlar mövzularında məruzə edəcək.

Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək üçün (+994 70) 300-80-02 nömrəsi ilə əlaqə saxlaya və ya “[email protected]” elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Təlim ödənişsizdir.