Valyuta hərracında tələb 38,3 milyon ABŞ dollarıdır

2022.08.04 14:09 (UTC+04:00)

Avqustun 4-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

Bankdan bildirilib ki, hərracda tələb 38,3 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.