Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin direktoru Moon Jong Hyun ilə görüşüb.
KOBİA-dan bildirilib ki, görüşdə yerli KOB-larla bağlı potensial birgə təşəbbüslərə dair fikir mübadiləsi aparılıb, agentliyin fəaliyyəti barədə məlumat verilib.