Mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 4,5 milyard manat olub

2022.08.03 17:53 (UTC+04:00)

Cari ilin 6 ayı ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 65 faiz artaraq 97,3 milyard manat olub.

Mərkəzi Bankdan bildirilib ki, yarımildə mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 4,5 milyard manat təşkil edib.