Yarım ildə bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin həcmi açıqlanıb

2022.08.03 17:03 (UTC+04:00)

Altı ayda rəqəmsal bankçılıq xidmətləri üzrə statistik göstəricilərdə ciddi irəliləyişlər nəzərə çarpır. Belə ki, birinci yarımil ərzində bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin ümumi sayı 111,7 milyon ədəd, həcmi isə 151,1 milyard manat təşkil edib.

Mərkəzi Bankdan bildirilib ki, aparılan köçürmələrin say üzrə 79 faizi (88,5 milyon ədəd), həcm üzrə isə 77 faizi (116 milyard manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb.