Bankomatların sayı artıb

2022.08.03 16:42 (UTC+04:00)

İyulun 1-nə ölkədə quraşdırılmış bankomatların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 4,6 faiz artaraq 2998 ədəd olub.

Mərkəzi Bankdan bildirilib ki, ölkədə 70 min 814 POS-terminal dövriyyədə olub və son 1 il ərzində müvafiq göstərici 17 faiz yüksəlib.

Təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə müvafiq dövr ərzində 49 faiz artaraq 58 min 204 ədəd təşkil edib.

Banklar tərəfindən quraşdırılmış özünəxidmət terminallarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 4,3 faiz azalaraq 1845 ədəd olub.