İZİA-nın Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edir

2022.08.03 15:29 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi 2022-2023-cü tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir.

-Veb dizayner və proqram təminatçısı (ödənişli əsaslarla, 1 illik);

-Qrafik dizayner (ödənişli əsaslarla, 1 illik);

-Torna və frezer dəzgahlarının operatoru (dövlət hesabına, ödənişli əsaslarla, 1illik);

-Aqroservis mütəxəssisi (dövlət hesabına, 1 illik);

-Avtomatika üzrə usta (dövlət hesabına, ödənişli əsaslarla, 1 illik);

-Sənayedə quraşdırma işləri üzrə usta (dövlət hesabına, ödənişli əsaslarla, 1 illik);

-Proqramla idarə olunan dəzgahların operatoru (dövlət hesabına, 1 illik);

-Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru (dövlət hesabına, ödənişli əsaslarla, 1 illik);

-İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı (dövlət hesabına, ödənişli əsaslarla, 1 illik);

-Mexaniki yığma işləri üzrə çilingər (dövlət hesabına, 1 illik);

-Elektronika ustası (dövlət hesabına, ödənişli əsaslarla, 1 illik);

-İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik (Almaniya kurikulumu əsasında ikili təhsil - dövlət hesabına, 3 illik);

-Kompüter sistemlərində proqramlaşdırma (Yüksək texniki peşə - dövlət hesabına, 3 illik);

-Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı (Yüksək texniki peşə - dövlət hesabına, 4 illik);

-Proqramla idarə edilən sənaye avadanlıqlarının quraşdırılması və istismarı (Yüksək texniki peşə - dövlət hesabına, 4 illik);

Yüksək texniki peşə təhsilini müvəfəqiyyətlə başa vuran tələbələr imtahansız (birbaşa) universitetə qəbul olmaq şansı əldə edəcəklər.

Qəbul müsahibə yolu ilə həyata keçirilir. Müsahibədə orta və tam orta təhsilli şəxslər iştirak edə bilərlər. Tədris müddətində ödənişli əsaslarla və dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüdlə təmin ediləcəklər.

Sənədlərin qəbulu 1 avqust saat 10:00-dan 12 avqust saat 18:00-dək həyata keçiriləcək. Peşə Təhsil Mərkəzinə qəbul olmaq istəyən namizədlər Elektron müraciət sistemi (https://bit.ly/3IHcAPH) və ya Peşə Təhsil Mərkəzinin inzibati binasına gəlməklə (ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1) qeydiyyatdan keçə bilərlər.

Daha ətraflı məlumatı İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin (www.ezda.edu.az) saytından əldə etmək olar.

Əlaqə telefonları: (051) 277-37-56, (051) 205-97-54