POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi artıb

2022.08.03 13:19 (UTC+04:00)

Təsərrüfat subyektlərində cari ilin 6 ayı ərzində POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 93 faiz artaraq 82,4 milyon ədəd, həcmi isə 41,2 faiz artaraq 2,5 milyard manat olub.

Mərkəzi Bankdan bildirilib ki, hesabat dövründə POS-terminallarla aparılan təmassız ödənişlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 73,3 milyon ədəd, həcmi isə 2,1 dəfə artaraq 2 milyard manat təşkil edib.