Nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb

2022.08.03 12:53 (UTC+04:00)

Bu ilin altı ayında ölkədə ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb.

Mərkəzi Bankdan bildirilib ki, hesabat dövründə ölkədaxili elektron ticarət əməliyyatlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 105 milyon ədəd, həcmi isə 2,8 dəfə artaraq 7.4 milyard manat olub.