Milli Ödәniş Sistemi vasitәsilә aparılan әmәliyyatların hәcmi 128.2 milyard manat olub

2022.08.02 17:58 (UTC+04:00)

Cari ilin 6 ayı әrzindә ölkәdә Milli Ödәniş Sistemi (AZİPS, XÖHKS) vasitәsilә aparılan әmәliyyatların ümumi hәcmi 128.2 milyard manat, sayı isә 38.8 milyon әdәd tәşkil edib.

Mərkəzi Bankdan bildirilib ki, hesabat dövrü әrzindә Milli Ödәniş Sisteminin әsas komponentlәri olan iri vә tәcili ödәnişlәr üzrә AZİPS vasitәsilә keçәn ödәnişlәrin sayı 0.6 milyon әdәd, hәcmi 109.4 milyard manat, xırda vә daim tәkrarlanan ödәnişlәrin elektron daşıyıcılarla hәyata keçirilmәsinә imkan verәn XÖHKS üzrә isә ödәnişlәrin sayı 38.2 milyon әdәd, hәcmi 18.8 milyard manat olub. 2021-ci ilin analoji dövrü ilә müqayisәdә aparılan әmәliyyatların sayında AZİPS üzrә 27 faiz, XÖHKS üzrә isә 8.9 faiz artım, hәcmindә isә müvafiq olaraq 31.5 faiz vә 23 faiz artım olub. Milli Ödәniş Sistemi vasitәsilә kommersiya bankları tәrәfindәn aparılmış köçürmәlәrin sayı vә hәcmi 2021-ci ilin analoji dövrü ilә müqayisәdә müvafiq olaraq 9.2 faiz vә 39.1 faiz artıb.