Neft Fondu iyul ayı ərzində 212,3 milyon ABŞ dolları məbləğində vəsait satıb

2022.08.02 16:03 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu iyul ayı üzrə valyuta satışı ilə bağlı açıqlama yayıb.

Fonddan bildirilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin iyul ayı ərzində 212,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.