İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Mehmet Muşla görüşüb.
Bu barədə nazir məlumat verib.
“Türkiyənin ticarət naziri Mehmet Muşla ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıq istiqamətində dinamik inkişafını məmnunluqla vurğuladıq. Tərəfdaşlığımızın daha da gücləndirilməsi barədə fikirlərimizi bölüşdük”, - deyə M.Cabbarov qeyd edib.