Azərbaycan, Özbəkistan və Türkiyə arasında Daşkənd Bəyannaməsi imzalanıb

2022.08.02 14:20 (UTC+04:00)

"Azərbaycan, Özbəkistan və Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşündə iştirakdan məmnun oldum. Bugünkü görüş dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat-logistika imkanlarından səmərəli istifadə edilməsi istiqamətində məhsuldar müzakirə platforması oldu. Üçtərəfli görüşün yekunları barədə imzalanmış Daşkənd Bəyannaməsi ölkələrimiz arasında tərəfdaşlıq və dostluq əlaqələrinin daha da dərinləşməsi və möhkəmlənməsinə mühüm töhfədir",-iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.