“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) bu ilin ilk 6 ayı üçün yükdaşıma göstəricilərini açıqlayıb.
ASCO-dan bildirilib ki, cari ilin 6 ayı ərzində cəmiyyət tankerləri ilə 1,6 milyon ton yük daşıyıb.
Bərə və Ro-Pax tipli gəmilərlə daşınan vaqonların sayı 18 min 428 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 17 min 618 ədəd olub.
ASCO-nun universal quru yük gəmiləri ötən yarım il ərzində 564 min ton yük nəql edib.