№
|
Sənədin adı
|
Əsas güzəştlər
|
-
|
Əlillik vəsiqəsi
|
- Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər attestasiya olunmurlar (Əmək Məcəlləsi, 66-cı maddə);
- əlilliyə görə pensiyaya çıxdığı zaman ərizəsində göstərdiyi gün işdən çıxa bilir (Əmək Məcəlləsi, 69.3-cü maddə);
- ixtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərin işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə);
- I dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağandır (Əmək Məcəlləsi, 79.1-ci maddə);
- I və II dərəcə əlilliyi olan işçilər 36 saatdan artıq olmayan qısaldılmış iş vaxtı ilə işləyirlər (Əmək Məcəlləsi, 91.2-ci maddə);
- əlilliyin dərəcəsindən, səbəbindən və müddətindən asılı olmayaraq əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir (Əmək Məcəlləsi, 119-cu maddə);
- iş yerindəki ilk ilində 6 ayı gözləmədən əmək məzuniyyətindən istifadə etmək hüququ verilir (Əmək Məcəlləsi, 131.4-cü maddə, “e” bəndi).
|
-
|
Şəhid ailəsi üzvü vəsiqəsi
|
- İxtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə).
|
-
|
Hərbi bilet və ya müharibədə iştirakı sübut edən digər sənəd
|
- Müharibə iştirakçılarına ixtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə);
- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, “İstiqlal” ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir (Əmək Məcəlləsi, 120-ci maddə).
|
-
|
Uşaqların doğum haqqında şəhadətnaməsi
|
- Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir (Əmək Məcəlləsi, 117-ci maddə);
- İxtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə);
- on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələrilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən edilir (Əmək Məcəlləsi, 94.3-cü maddə).
|
-
|
Məcburi köçkün vəsiqəsi
|
- bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər attestasiya olunmur (Əmək Məcəlləsi, 66-cı maddə);
- ixtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə);
- əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında 100% müavinət verilir (Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı, 62-ci bənd).
|
-
|
Qaçqınlıq vəsiqəsi
|
- bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər attestasiya olunmurlar (Əmək Məcəlləsinin 66-cı maddəsi);
- ixtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə).
|